PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə 2:0 hesabıyla üstələdiyi "Mançester Yunayted”ə öz meydanında uduzaraq (1:3) mübarizəni dayandırması Nasser el-Xelaifini üzüntülərə qərq edib.
Fanat.Az-ın məlumatına görə, PSJ-nin ərəb prezidenti dünənki qarşılaşmanın ardından açqılama verib:
"Nəticəyə çox üzüldüm. Səfərdə qalib gəldik və bu gün topa sahib olma 72% bizdə idi. 90-cı dəqiqədə isə qapımıza penalti təyin edildi. Məncə, orda penalti yox idi. PSJ-nin əleyhinə belə qərar vermək çox asandı. Hər kəs məyusdu. Baş verənlər bizim üçün şok oldu. Bu riyaziyyat deyil ki, 1+1-in cavabı həmişə 2 olsun. Futbolda işləmək və təhlil etmək lazımdı. "Mançester Yunayted"lə 10 min dəfə oynasaq, birində də uduzmarıq. Rəqibin erkən qolundan sonra futbolçularımızda qorxu hiss etdim. Baş məşqçimizə güvənirəm. Amma bilmirəm onun qərarı nə olacaq. Hər şeyi soyuq başla düşünmək lazımdı".
Fanat.Az