"Neftçi”nin futbolçusu Anton Krivotsyuk "ağ-qaralar”ın heyətində 50-ci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, müdafiəçinin yubileyi Topaz Premyer Liqanın XX turuna təsadüf edib.
Antonun paytaxt klubundakı debütü 2017/18 mövsümünün əvvəlinə təsadüf edib. O, 2017-ci il avqustun 25-də "Kəpəz”lə görüşdə (0:0) meydana çıxıb. Təxminən ilyarım ərzində Premyer Liqada 42, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 matça çıxan müdafiəçinin hesabında iki qol var. O, hər iki topu çempionatda vurub.(pfl.az)
Fanat.Az