13:50 11.03.2019 1312

AFFA "Sumqayıt"ı böyük məbləğdə cərimələyə bilər

AFFA İntizam Komitəsi "Sumqayıt” klubunu 6400 manat cərimələyə bilər.

Buna səbəb "gənclik şəhəri" təmsilçisinin Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi”yə evdə 1:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Referi Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası görüşün ardından tunelə daxil olmaq istədiyi vaxt narazı azarkeşlərdən biri tribunadan alışqan tullayıb. Alışqan hakimlərdən bir qədər aralı düşüb. AFFA-nın İntizam Kodeksində meydana kənar əşyanın atılmasına görə 1600 manat cərimə nəzərdə tutulur.

76-cı dəqiqədə "ağ-qaralar”ın müdafiəçisi Mamadu Mboc hesabı bərabərləşdirdikdən sonra onun komanda yoldaşı Kirilo Petrov topu rəqib qapıçı Mehdi Cənnətovdan alaraq, meydanın mərkəzinə aparmaq istəyib. Qolkiper isə onu dirsəyi ilə vuraraq yerə yıxıb və nəticədə qırmızı vərəqə alıb. İntizam Kodeksinə əsasən, rəqibə əllə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Referi 85-ci dəqiqədə 4-cü hakimin işarəsindən sonra "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu texniki zonanın xəttini keçdiyi üçün meydandan kənarlaşdırıb, köməkçisi Mehman Yunusova isə xəbərdarlıq edib. Baş məşqçi texniki zona qaydalarına riayət etməməsi səbəbindən kənarlaşdırıldıqda 1 oyunluq cəza və 800 manat cəriməyə məruz qalır.

"Neftçi” ilə dueldə 4 futbolçusu - Peyman Babayi, Rail Məlikov, Ülvi İsgəndərov və Əli Babayev sarı vərəqə aldığına görə "Sumqayıt” əlavə 800 manat da ödəməli olacaq.

Qeyd edək ki, "Kapital Bank Arena”da keçirilmiş oyun hakimlərin mübahisəli qərarları ilə yadda qalıb. Xüsusən, 2 dəfə penalti epizodunda ədalət təmsilçilərinin "davam" işarəsi vermələri birmənalı qarşılanmayıb. 13-cü dəqiqədə qonaqların müdafiəçisi Tural Axundov meydan sahiblərinin yarımmüdafiəçisi Ehtiram Şahverdiyevi cərimə meydançasının daxilində arxadan itələsə də, referinin fiti susub. Baş hakim "Sumqayıt”ın orta xətt oyunçusu Əli Babayevin 32-ci dəqiqədə cərimə meydançasında "Neftçi”nin forvardı Baqali Dabonun qarşısını almasını da qayda pozuntusu kimi qiymətləndirməyib. ("Report”)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X