"Səbail"in 26 yaşlı yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının rəsmi saytı informasiya yayıb.
Baş məşqçi Aleksandr Spiridon AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa və Türkiyə ilə oyunlara 24 futbolçu çağırıb ki, Koçuk da onlardan biridi. Əvəzində ölkəmizdə çıxış edən digər moldovalılar - "Neftçi"nin müdafiəçisi Raku Petru və "Zirə"nin yarımmüdafiəçisi Aleksandr Dedov kənarda qalıb.
Qeyd edək ki, martın 22-də Fransanı qəbul edəcək Moldova seçməsi bundan 3 gün sonra səfərdə Türkiyə ilə üz-üzə gələcək.
Fanat.Az