Milli komandanın baş meneceri postuna təyinat olub.
Шndiyə qədər bu vəzifəni İslam Abbasov tuturdu. Amma "Kəpəz”də də AFFA-nın səlahiyyətli nümayəndəsi olan Abbasov futbol təsərrüfatından müəmmalı və qəfil şəkildə uzaqlaşdırıldı.
Artıq İslam Abbasovun millidəki yerinə təyinat baş tutub. Elxan Məmmədov indiyə qədər Futzal Federasiyasında, Klublar Komitəsində, məşqçilər kurslarında və aşağı yaş qrupları üzrə millilərdə sınadığı Zaur Hacı-Məhərrəmov baş menecer vəzifəsinə təyinat alıb.
Bu təyinatla əlaqədar yeni baş menecer məşqçilər kurslarındalı və Klublar Komitəsindəki postunu boşaltmalı olub. Əslən Şəki rayonundan olan Hacı-Məhərrəmov milli ilə paralel Futzal Federasiyasında da çalışacaq. Baş katibin yaxın kadlarının eyni anda bir neçə vəzifədə çalışması ilk dəfə deyil.
Qeyd edək ki, əslən Şəkidən olan Zaur bəy baş katib Elxan Məmmədovun yaxın qohumudu. Onun bir qardaşı "Sumqayıt”da, digəri isə "CBC Sport”da çalışır. (Sport7.az)
Fanat.Az