Ötən mövsüm üç kubok birdən qazanan "Bayern Münih"in bir parçası olan Neuer gələcək vəziyyətindən danışıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Bayern Münih"in müvəffəqiyyətli qapıçısı Manuel Neuer üç kubok qazanan bir komandanın parçası olmaqdan qürur duyduğunu dilə gətirib: "Üç kubok qazanan "Bayern Münih"in bir parçası olmaq mənim üçün doğru bir qərar oldu. "Bayern"dən sonrakı gələcəyimi düşünmürəm. Heç bir komandada belə bir təcrübə qazanmadım", deyib.
İdman24.az