AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəllidi.
Fanat.Az xəbər verir ki, hər iki mətbuat konfransı və məşqlər martın 20-də oyunun keçiriləcəyi "Maksimir” stadionunda baş tutacaq.
Xorvatiya:
17:15. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan:
19:00. Mətbuat konfransı
19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, Xorvatiya – Azəbaycan oyunu martın 21-də, Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Fanat.Az