18:09 17.11.2013 566

Əsgər Abdullayev: "Heç kimin ağzını tutası deyiləm" - MÜSAHİBƏ

"Araz"ın baş məşqçisi Əsgər Abdullayevin a müsahibəsi

- Topaz Premyer Liqasına I diviziondan yalnız 1 komanda vəsiqə qazana bilər. Bu baxımdan, hazırkı mövqeyinizi sonadək qoruya bilmək üçün hansı addımlar atmağı düşünürsünüz?
- İlk növbədə, hər bir matça sonuncu oyun kimi yanaşmalıyıq. I divizionda rəqabət böyükdü. Çempionluq uğrunda kifayət qədər komanda mübarizə aparır. 30 turluq marafonun cəmi 9 turunu arxada qoymuşuq. 10-cu turda MOİK-in qonağı olacağıq. Bu məqsədlə artıq Bakıdayıq və hazırlığımızı davam etdiririk. Sevindirici haldı ki, heyətdə itki yoxdu.

- AZAL-ın baş məşqçisi kimi yüksək yerlər uğrunda mübarizə apardığınız vaxt sizi ultramüdafiə futboluna üstünlük verməkdə ittiham edirdilər. Hətta bir çoxları belə oyuna “antifutbol” adını vermişdilər...
- Bilirsiniz, futbolda 3 cür - tədricən, sürətli, yəni əks-hücum və standart vəziyyətlərdən oyun olur. Baş məşqçi də oyunu rəqibə uyğun qurur. AZAL-da antifutbol oynayırdıqsa, bizi udardılar da... Yəni, bunlar gülünc iddialardı. Kim necə qavrayırsa, ona uyğun danışır. Mən də heç kimin ağzını tutası deyiləm.

- Təbii ki, “Araz”ın I diviziondakı rəqibləri AZAL-ın Premyer Liqadakı rəqibləri ilə eyni səviyyədə deyil. Bu baxımdan, bölgə komandasında bu oyun sistemlərindən hansına üstünlük verirsiniz?
- Hər üçündən istifadə edirik. Məsələn, qollarımızdan 6-7-ni standart vəziyyətdən vurmuşuq. Yenə deyirəm, oyunumuzu rəqibə baxaraq qururuq.

- 9 turdan 8 qələbə qazanmısınız və cəmi 1 oyunda xal itirmisiniz. Hazırda I divizionda 2 məğlubiyyətsiz komandadan birisiniz. Bunun sirrini nədə görürsünüz?
- Hər bir komandaya rəqib kimi yanaşmaq lazımdı. Rəqibə barmaqarası baxan futbolçuları xoşlamıram. Futbolçularımız hansılarla hesablaşmayıblarsa, oyunumuz zəif alınıb.

- Oktyabrın 23-də Naxçıvanda Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçirilmiş oyunu siz də izlədiniz. Həmin matçda “Neftçi”nin çıxış etdiyi kimi oyunu öz komandanıza arzulardınız?
- Mən “Neftçi”ni heç də zəif komanda saymıram. Əksinə, bu klubun Azərbaycan futbolunda böyük izi var. Flaqmanın arzuolunmaz oyun sərgilədiyi qənaətinə siz jurnalistlər gələ bilərsiniz. Sizin arzulamadığınız oyunu isə mən də öz komandama arzulamıram.

lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X