"Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
O, Premyer Liqanın XXI turunda "Sabah"la (1:1) qarşılaşmada aldığı zədədən sonra Türkiyənin paytaxtı Ankarada yerləşən "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən əməliyyat edilib. Əməliyyat planauyğun gedib.
İlkin məlumata əsasən, İsmayılov 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, futbolçuqarşıdakı iki turda "Qarabağ" və "Keşlə" ilə oyunları buraxacaq. Əfranən yaxşı halda "kimyaçılar”a XXIV turda - "Zirə" ilə matçda kömək edə biləcək.
Fanat.Az