Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, toplantıda bir sıra qərarlar qəbul olunub:
Premyer Liqanın XXI turunun "Sabah” – "Sumqayıt” matçında"Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 29-cu dəqiqəsində "Sabah”ın forvardı Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib, klubu 200 manat cərimələnib.
Hesabat turununun "Zirə” – "Keşlə” qarşılaşmasında "Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə klubu 800 manat cərimə edilib.
I Divizionun XIX turunun "Neftçi-2” – "Sumqayıt-2” oyununda "Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə ödəməlidi.
"Qarabağ-2” – "Ağsu” matçında "Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 80 manatından keçməlidi .
"Zaqatala” – "Şüvəlan” görüşündə "Şüvəlan”nın 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 80 manat xərcə düşəcək.
"Qaradağ Lökbatan” – "Zirə” matçının 84-cü dəqiqəsində "Qaradağ Lökbatan”ın futbolçusu Aqşin Muxtaroğlu ikinci sarı vərəqəni alaraq qovulduğu üçün 1 oyunluq məcburi istirahət edəcək. "Qırmızı” Aqşinin klubuna 20 manata başa gələcək.
"Keşlə-2”–"Kəpəz” matçının ikinci hissəsi "Keşlə-2” klubunun səhlənkarlığı ucbatından 3 dəqiqə gec başladığı üçün klub 240 manat "tərləyəcək”.
MOİK – "Səbail-2” matçında MOİK komandasının xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığına görə, klub 80 manat cərimə olunub.
Fanat.Az