18:15 19.03.2019 1929

Bədavi Hüseynov: "Azərbaycan millisində aşkar seçilən lider yoxdu"

Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov "AVRO-2020"nin seçmə mərhələsinin I turunda Xorvatiya yığması ilə oyun üçün Zaqrebə səfər ərəfəsində müsahibə verib.

- Qarşıdakı oyunla bağlı nə deyə bilərsən? Xorvatiya yığması ilə səfər matçına necə hazırlaşmısınız?
- Hər şey yaxşı keçdi. Bakıda 3 gün hazırlığımız oldu. Yeni baş məşqçiylə tanış olduq. Komandada yaxşı atmosfer var. Çətin olacaq, yaxşı rəqiblə qarşılaşacağıq. Bunu yaxşı başa düşürük. Ona görə səfərə yaxşı əhval-ruhiyyədə yollanırıq. Çalışacağıq ki, evə xallarla qayıtmaq üçün hər şey edək. Bilirik ki, bu, çox çətin olacaq. Ancaq futbolda hər şey mümkündür. Ona görə yalnız yaxşı şeylər haqda düşünürük.

- Müdafiənin mərkəzində sizinlə gənc futbolçulardan biri tandem təşkil edəcək. Bu, ya Rahil Məmmədov, ya da Anton Krivotsyuk olacaq. Belə olan halda, bütün ağırlıq sizin üzərinizə düşəcək...
- "Qarabağ"da Rahillə birgə oynamışıq. Özü də bir yox, bir neçə qarşılaşmada. Hər oyundan-oyuna anlaşmanı daha da yaxşılaşdırırıq. Səhvlərimiz də olub, bunu da başa düşürük. Çalışacağıq ki, onları aradan qaldıraq. Əlbəttə, ilk oyunda çətin olacaq. Milli komanda istənilən halda tam fərqlidir, məsuliyyət daha böyükdür. Hər halda, mənə onlarla birgə oynamaq rahatdır. Onlar çempionatda da az oynamayıblar. Başa düşürəm ki, mənim üzərimdə məsuliyyət daha çox olacaq.

- Onlardan hansı ilə oynamaq daha yaxşı olardı?
- Krivotsyukla yığmada heç vaxt oynamamışam. "Neftçi"dəki çıxışını izləyərəkən, görürsən ki, yaxşı potensialı var. Gənc futbolçudur, 5 müdafiəçiylə də oynayır, müdafiənin solunda da. Baş məşqçi Krivotsyuku qoysa, məncə, problem olmayacaq.

- Baş məşqçi Nikola Yurçeviç Xorvatiayaya qarşı heyətdə hündürboylu futbolçulara yer verəcəyini açıqlayıb. Bu, o deməkdir ki, sizinlə Məmmədovu oynadacaq?
- İkimizi, Şəhriyar Rəhimovu, Maksim Medvedevi götürsək, bizdə boy, standart vəziyyətlərdə oynamaq problemi çoxdandır. Məmmədov bu vəziyyətdə yaxşıdır, çünki başla yaxşı oynayır. Bu, işimizə yarayan amildir.

- Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev kimi oyunçularla komanda yoldaşı olmusunuz. Sizə elə gəlmir ki, indi millidə lider yoxdur?
- Yəqin ki, düz deyirsiniz, aşkar seçilən lider yoxdur. Rəşad uzun illər kapitan olub, bu, oyunda da hiss olunurdu, həyatımızda da. Fikrimcə, artıq digərlərinin zamanıdır. Medvedev uzun müddətdir millidə çıxış edir. İndi o, komandanı öz əlində saxlamalıdır, kapitan kimi keyfiyyətləri, təcrübəsi var.

- Müsbət nəticə nə dərəcədə realdır? Bir dəfə Xorvatiyada ağır məğlubiyyətlə üzləşmişik...
- Bu, futboldur, yaxşı nəticəylə qayıtmaq istəyirik. Ümid edirik ki, əvvəlki bir daha olmayacaq.

- Milli ilə son matçda Kosovoda ağır məğlubiyyət almısınız...
- Əlbəttə, bu haqda düşünürük, bizi təzyiq altında saxlayır. Azarkeşlər də bunu unutmayıblar. Bu, artıq yeni tsikldi. Hər şeyi unutmaq, yeni oyun, azarkeşlərin bizdən gözlədiyi futbolu göstərmək istəyirsən. Çətin olacaq. başa düşürük, nə edək?

- Gəlin, pozitiv məqamlara toxunaq. Zaqrebdə xal götürmək realdırmı?
- Məncə, bəli. Niyə də yox? Onu nəzərə alaq ki, rəqibin ciddi itkiləri var, onlar da yeni komanda yığıblar. Dünya çempionatında olan futbolçularından çoxu gedib. Ola bilər ki, bu nöqteyi-nəzərdən biz də onlara hansısa sürpriz edə bilərik. Yenə də ona qayıdırıq ki, Xorvatiya yığması hər bir heyətdə güclüdür.

- Neqativ odur ki, azarkeşlər sizə inanmır...
- Aydındır ki, bu, nəticəylə bağlıdır. Qələbələr olanda azarkeşlər bizə inanırlar. Bunu gözəl başa düşürük.

- Hər halda, Xorvatiyayla Bakıda heç-heçə oynaya bilmisiniz...
- Belə götürsək, doğru qeyd edirsiniz. Ancaq doğma meydan başqa şeydi, səfər oyunu isə tam fərqlidir. İstənilən halda, yaxşı şeylər düşünəcəyik. Fikrimcə, futbolda hər şey mümkündür. ("Report”)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

Facebookdan bizi izləməyi unutmayın.
X