11:30 20.03.2019 2130

Ramil Şeydayev: "Xorvatiyaya qol vurmağa çalışacağam"

"Oyuna hazırlıq normal gedir. Yeni baş məşqçimiz Nikola Yurçeviçlə birgə işlədik, danışdıq. Matça qədər daha iki günümüz var”.

Bunu "Report”un Zaqrebə ezam olunmuş əməkdaşına Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya ilə səfər görüşü ərəfəsində deyib.

23 yaşlı hücumçu Zaqrebdə yaxşı oynamağa çalışacaqlarını bildirib: "Həm fiziki, həm də taktiki baxımdan oyuna hazır olacağımızı düşünürəm. Yaxşı oynamağa çalışacağıq. Hələlik yeni baş məşqçi ilə yoldaşlıq matçımız belə olmayıb. Necə alınacağına baxacağıq. Əvvəl oynamaq, sonra danışmaq lazımdır”.

"Krılya Sovetov” klubunun formasını geyinən forvard Rusiya Premyer Liqasının son turlarında 3 qol vurmaqla diqqət mərkəzinə düşüb. O, bunu oyun praktikasının artması ilə əlaqələndirib: "Öz oyunumu oynayıram, hər şey alınır və qol vururam. Bəlkə, növbəti görüşdə alınmayacaq. İşləmək, çalışmaq lazımdır. Əvvələr oyun praktikam çatışmırdı. Son 2 qarşılaşmada əsas heyətdə yer almamağım baş məşqçinin qərarıdır. Ona hörmət edir və normal yanaşıram”.

Yığmada ilk və hələlik yeganə qolunu 2017-ci il oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsində Almaniyaya vuran R.Şeydayev mundialın sonuncu finalçısı ilə dueldə də fərqlənmək istəyir: "Xorvatiyaya qol vurmağa çalışacağam. Əsas olan baxımlı yox, sadəcə, qol vurmaqdır. Baxımlı olmasa da olar”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

Facebookdan bizi izləməyi unutmayın.
X