"Real” və "Çelsi”nin əfsanəvi futbolçuları arsında arasında yoldaşlıq oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, iyunun 23-də baş tutacaq oyunun bilet qiymətləri isə 5 avrodu. Matçdan gələcək gəlir xeyriyyə fonduna sərf olunacaq.
"Real"ın heyətində Raul Qonsales, Roberto Karlos, Stiv Makmanaman, Alvaro Arbeloa, "Çelsi”dən isə Marsel Desayi, Eydur Qudyonsen, Rikardu Karvalyo və bir neçə gün əvvəl "Səbail"lə müqavilə imzalayan Maykl Essyen kimi futbolçular çıxış edəcək.
Qeyd edək ki, Essyen həm "Çelsi"də, həm də "Real"da çıxış edib.
Fanat.Az