"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Əsas odur ki, 3 xal bizim oldu. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. Seçmə mərhələnin əvvəlində vacib qələbə qazandıq. İndi bizi Macarıstanla çətin səfər oyunu gözləyir”.
Fanat.Az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, daha sonra əlavə edib: "Oyundan əvvəl də deyirdik ki, Azərbaycanı dəyərləndirməmək olmaz. Layiqli müqavimət göstərdilər. Müdafiədə fərqli futbolçulara şans verdik. Birinci hissənin sonlarında bərabərlik qolunu vurmağımız yerinə düşdü".
Fanat.Az