Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə Albaniya Futbol Feterasiyasının (AFA) rəsmi saytı məlumat yayıb.
Buna səbəb komandanın dünən "AVRO-2020"nin seçmə mərhələsinin I turunda Türkiyəyə 0:2 hesabı ilə yenilməsi olub. Yığma müvəqqəti olaraq məşqçilər Ervin Bulku ve Sulejman Memaya tapşırılıb. Onlar komandanı Andorra millisi ilə oyuna çıxaracaq.
Qeyd edək ki, Ervin Bulku 2011/12 mövsümündə AZAL-da (indiki "Şüvəlan") çıxış edib.
Fanat.Az