"Səbail"in yeni transferi Maykl Essyen Bakı klubunda ilk oyununa çıxıb.
Fanat.Az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qanalı yarımmüdafiəçi U-21 millimizlə yoxlama matçında (1:1) iştirak edib.
Oyuna ehtiyatda başlayan 36 yaşlı futbolçu 67-ci dəqiqədə Rahid Əmirquliyevin yerinə meydana daxil olub.
Qeyd edək ki, Essyen bir neçə gün öncə "Səbail"lə 1.5 illik müqavilə bağlayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol