Milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Qarabağ” bu gün yoxalama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam klubu "Zirə" ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində Dani Kintana və Filip Ozobiç imza atıb. "Zirə"nin heyətində isə Xulio Sezar Rodriges fərqlənib.
Fanat.Az