"İnter"lə müqavilə yeniləməyən və bu səbəbdən hətta heyətdən kənarlaşdırılan Mauro İkardinin özü kimi bacısı İvana İkardi də gündəmdən düşmür.
Bir müddətdi qardaşının həyat yoldaşı və meneceri Vanda İkardi ilə söz davasına çıxan, Mauronun başına gələnlərə görə onu ittiham edən gənc model özünü televiziya sahəsində də sınamaq qərarına gəlib.
Belə ki, İvana İkardi məşhur "Big Brother VIP" serialının heyətinə qatılmağa hazırlaşır.
Qeyd edək ki, bundan əvvəl Argentinanın bir televiziya şousunda yer alan İvana İkardi İtaliyanın böyük media şirkətlərindən birində də çalışır.
Fanat.Az