Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az İtaliya mediasına istinadən xəbər verir ki, 2AVRO-2020"nin seçmə mərhələsinin ilk turunda Türkiyəyə 0:2 hesabı ilə uduzduqdan sonra istefaya göndərilən Kristian Panuççini italiyalı Eduardo Reya əvəzləyəcək.
Albaniya Futbol Federasiyasının təklifini qəbul edən 73 yaşlı mütəxəssis 2.5 illik fasilədən sonra məşqçi fəaliyyətini bərpa edəcək. 2016-cı ilin avqustunda "Atlanta"dan ayrıldıqdan sonra işsiz qalan Reya Albaniya yığmasında Canni De Byazi və Kristian Panuççidən sonra ardıcıl üçüncü italiyalı baş məşqçi olacaq.
Qeyd edək ki, 1979-cu ildən məşqçilik edən Reya İtaliyanın bir ço klubunu, o cümlədən "Latsio", "Napoli", "Kalyari", "Cenoa" kimi aparıcı klubları çalışdırıb. O, ölkə xaricində Xorvatiyanın "Hayduk" klubuna başçılıq edib (2009-2010).
Fanat.Az