"AVRO-2020"nin seçmə mərhələsinin ikinci oyununda Xorvatiya səfər oyununda Macarıstana yenilib (1:2).
Fanat.Az xəbər verir ki, bu qarşılaşmaya Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç damğa vurub. 2015-ci ildən ölkəyə rəhbərlik edən siyasətçi qarşılaşmanı VİP tribunadan yox, azarkeşlərin arasından izləyib. Onun bu hərəkəti azarkeşlərin alqışına səbəb olub.
Kolinda Qrabar-Kitaroviç ölkə yığmasının gümüş medalları qazandığı "DÇ-2018"in də bir çox oyunlarını tribunadan izləmişdi.
Qeyd edək ki, Xovratiya "AVRO-2020"nin seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparır. Xorvatlar ilk oyunu yığmamıza qarşı keçirib və 2:1 hesablı qələbə qazanıb.
Fanat.Az