"Neftçi" ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odu ki, oyunçularımız yaxşı istirahət edib. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt”la yoxlama oyununda 2:1 hesablı qələbə qazanan "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
39 yaşlı mütəxəssis oyundan sonra fikirlərini klubun saytın bildirib: "Bugünkü oyundan da razı qaldıq. Çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar. Sabahdan etibarən "Sabah"la oyunun hazırlığına başlayacağıq".
Baş məşqçi zədəli futbolçuların durumu ilə bağlı da danışıb: "Həkimlər söz veriblər ki, zədəli oyunçularımızdan Voislav Stankoviç komandaya qoşulacaq. Ancaq bu, hələ yekun qərar deyil. Digər oyunçularımız Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar. Çempionatda yaranmış fasilə bizim işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq".
Fanat.Az