Bir neçə gün öncə "Qarabağ"la vidalaşan Ansi
Aqollinin "Nyu-York Kosmos"a keçidi rəsmiləşib.
Fanat.Az
xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Albaniyalı
futbolçu ilə müqavilə imzalandığ bildirilsə də, müddəti açıqlanmayıb.
Nyu-York təmsilçisinə keçidi ilə bağlı
təəssüratlarını bölüşən 36 yaşlı alban müdafiəçi belə deyib: "Burada özümü
çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox
həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm.
Albaniyada Amerika futbolu deyəndə ağla ilk olaraq "Kosmos" gəlir.
Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həminənənələri qorumaq
üçün mümkün olan hər şeyi edəcəyəm".
Aqollinin transferi ilə bağlı danışan klubun
vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini
bildirib: "İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq.
Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki,Aqolli
təkcəbacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı
nümunə olacaq".
"Kosmos" klubunun baş məşqçisi Karlos
Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar
yanaşdığını söyləyib: "Burada keçirdiyi bir neçə məşqdən sonra onun
səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin
xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər
gün məşqlərdə çox çalışır".
Qeyd edək ki, Aqolli 2010-2019-cu illər aralığında "Qarabağ"ın uğurları üçün tər töküb.
Fanat.Az