“Bu oyun bizim yığmamız üçün sonuncudu. Çempionatın mövsümü hələ ötən il dekabrın 15-də başlayıb Bir çox futbolçularımız yorulub və məzuniyyət istəyir. Oyunun özü bizim üçün vacibdi”. Fanat.az xəbər verir ki, bu sözləri sabah yığmamızla Bişkekdə yoldaşlıq oyunu keçirəcək Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov deyib.
Çalışdırıcı uğur qazanmaq istədiklərini vurğulayıb: “Doğma divarlar” arasında yaxşı oyun göstərmək, müsbət nəticə qazanmaq istərdik”
Fanat.az