19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Cənubi Kipr futzalçıları ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22.45-də başlayacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchieviczdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı
Əsas mərhələ
II qrup, I tur
27 mart
22.45 Azərbaycan - Cənubi Kipr
Hakimlər: Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Yaruçevis (Polşa).
Podçetrtek İdman Sarayı, Sloveniya.
Fanat.Az