14:37 18.11.2013 603

"Bizi güllələmək lazımdı?"

Bu gün yığmanın baş məşqçisi Berti Foqts sabah Bişkekdə Qırğızıstan millisinə qarşı keçiriləcək yoldaşlıq oyununa həsr edilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. Fanat.az alman çalışdırıcının söylədiklərini diqqətinizə çatdırır.

- İlin son oyunundan nə gözləyirsiz?

- Çox çətin sualdı. Məğlubiyyətdən sonra istənilən komanda inamını bir qədər itirir. Biz Tallində cəmi 20 dəqiqə yaxşı oynadıq. Ümumilikdə isə hər şey elə də pis deyildi. Iki səhv edib qol buraxdıq. Belə rəqiblər belə səhvləri bağışlamır. Buna görə də uduzduq. Oyunun gedişində qol vəziyyətlərimiz vardı, ancaq reallaşdıra bilmədik. Qolsuz isə qələbə qazanmaq olmaz.

 

- Siz meydana birinci ya ikinci heyəti buraxacaqsız? DÇ-2014-ün seçmə mərhələsini keçə bilmədikdən sonra, qarşınızda hansı məqsəd var? (qırğız jurnalistin sualı)

- Yığma həmişə birinci heyətlə oynayır. Rəqibin kimliyindən asılı olmayaraq bütün oyunlar vacibdi. Qırğızıstanın bu yaxınlarda Estoniya ilə heç-heçə oynamış yaxşı komandası var. Əlbəttə, biz heyətdə təcrübələr apara bilərik. Ancaq bu an üçün bu, normaldı. Gələcək planlar haqda isə heç nə deyə bilmərəm.

- Heyətdə dəyişikliklər olacaq?

- Bəli, olacaq. Futbolda hamı qələbə qazanmaq istəyir. Biz də, qırğızlar da.

 - Bəs hansı dəyişikliklər olacaq? Məsələn, Maksim Medvedev, Ufuk Budak və Cihan Özkara Estoniya ilə oyunda özünü heç də yaxşı göstərə bilmədi. Onlara güvənəcəksiz?

-Bir neçə mövqedə dəyişiklik olacaq. Oyunda səhvlərə gəlincə, bu səhvləri hamı buraxır. Siz öz işinizdə olduğu kimi, mən də. Beynəlxalq oyunlar üçün bizim gənc oyunçuların təcrübəsi azıdı. Ancaq bir səhvi təkrar etmək olmaz.

 - Rəşad Sadıqov və Kamran Ağayevsiz milli çox itirir?

- Tam mənada sizinlə razılaşa bilmərəm. Onlarsız da biz yaxşı oyana bilirik. Məsələn, Belfastda Şimali İrlandiya ilə oyunda qapını Səlahət Ağayev qoruyurdu. Rəşad olmayanda isə onu Ruslan Abışov əvəzləyir. Bəlkə kimin həlledici səhvlər etdiyi haqda sual verəsiz? Özünüz təhlil edin. Problem ondadı ki, jurnalistlərin öz sevimliləri var. Onlar hamını tənqid etməyə bilər.

 - 2013-cü il haqda  təəssüratlarınız necədi?

 - Azarkeşlər üçün bu il uğurlu hesab etmək olar. Mənim üçün yox. Biz daha çox xal yığa bilərdik. Nəticə pisdirsə, bizi güllələmək lazımdı (gülür)? Nə baş verməsindən asılı olmayaraq, növbəti gün günəş parlayacaq və xoş gün olacaq.

 - Qırğızıstan haqda nə deyə bilərsiniz?

- Qırğız futbolu haqda az bilirəm. Oyunçu və məşqçi kimi mən bu diyarda ilk dəfəyəm. Ölkəyə dəyişikliklər üçün vaxt lazımdı. Burda adamlar müasirdi, gülərüzdü. Qırğızıstan yığmasının oyunçusunun qocalar evində söhbəti məni mütəəssir etdi. Sanki valideynləri ilə danışırdı.

- Siz son oyunlarda heyətlə təcrübələr aparırsız.

- Yaxşı məşqçi işini sona qədər görür və yalnız nəticə haqda deyil, komandasının gələcəyi haqda düşünür. Təkcə özü haqda düşünmək eqoizmdi. Yalnız nəticə haqda düşünsəydik, Dubay turnirində əsas heyəti döyüşə atardıq. Hətta Almaniya yığması təcrübələr aparır. Məsələn, Filipp Lam dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Futbol göründüyü kimi sadə deyil.

Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X