19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, millimiz əsas mərhələdə ilk oyununa çıxıb. Sloveniyanın Podçetrtek İdman Sarayında Cənubi Kiprlə qarşılaşan yığmamız 1:7 hesabı ilə uduzub.
Qrupda keçirilmiş digər oyunda Hollandiya yığması Sloveniyadan üstün olub - 5:4.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu bu gün saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək.
Avropa çempionatı
Əsas mərhələ
27 mart
Azərbaycan - Cənubi Kipr 1:7
Qollar: Hüseyn Qarayev, 35:47 - Mamas Loizou, 03:46, 18:17. Taha El Kebbe, 07:58. Vasilis Papadopoulos, 11:51, 26:18. Çaris Koulloupa, 25:25, 28:37.
Fanat.Az