Kamran Ağayevzədələnib.
Fanat.Az saytının məlumatına görə, o, Premyer Liqanın XXII turunda "Neftçi" ilə görüşdə xəsarət alıb.
Epizodların birində rəqib futbolçunun kobudluğundan sonra sol qolundan xəsarət alan qapıçı həkimlərin müdaxiləsinə baxmayaraq, mübarizəni davam etdirə bilməyib. Nəticədə 30-cu dəqiqədə yerini Davud Kərimiyə verib.
Qeyd edək ki, hazırda ikinci yarısı gedən "Keşlə" - "Neftçi" matçında qol yoxdu.
Fanat.Az