"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı".
Fanat.Az xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.
Topaz Premyer Liqasının XXII turunda lider "Neftçi"ni qəbul edən paytaxt təmsilçisi meydanı məğlub tərk edib - 0:1.
Oyunsonrası mətbuat konfransında Əhmədov hakim qərarları haqda da düşündüklərini deyib: "Penalti epizoduna baxmaq lazımdı. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim".
Fanat.Az