Premyer Liqasının XXII turunda lider "Neftçi"ni qəbul edən "Keşlə”ni yalnız 0:1 hesablı yenilgi üzməyib.
Fanat.Az-ın məlumatına görə, meydan sahiblərinin 30-cu dəqiqədə zədələnərək meydanı tərk edən qapıçısı Kamran Ağayevin də sağlıq durumunda ciddi problem yaranıb.
Bunu oyunsonrası mətbuat konfransında sabiq "bankirlər”in çalışdırıcısı Tərlan Əhmədov deyib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".
Fanat.Az