"Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb kimi göstərmək istəməzdim, amma meydan amili hər iki komandaya mənfi təsir etdi".
Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
Premyer Liqanın XXII turunda "Keşlə"nin qonağı olan "ağ-qaralar" Emin Mahmudovun yeganə qolu ilə qalib gəlib.
Matçdan sonra düzənlənən mətbuat konfransında Bordinin qələbə şərhi belə olub: "Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu. Meydançanın pis olması çətinlik yaradırdı. Topla oynamaq ağır idi. Buna rəğmən, ədalətli penalti qazandıq və qələbə topunu vurduq".
İtaliyalı çalışdırıcı hücumçu Mirbadulla Abbasovun həvəssiz görünmədiyini vurğulayıb: "Mirabdullanın komandaya xeyri dəydi. Hətta qol vurmaq şansı da var idi".
Fanat.Az