16:21 03.04.2019 1963

BOS-da çadır şəhərciyi və ya təyyarə anqarı - FOTOLAR

Bakı Olimpiya Stadionu (BOS) istifadəyə veriləndən sonra bu arenanın xərclərini qarşılamaq üçün çox variant fikirləşdilər. Hansısa bir klubun oyunların burada keçirməsi mümkün olmadı, çünki tamaşaçı tutumu böyük, idman qurğusunun yeri narahat idi. Premyer Liqada bir mövsümə 65 min azarkeş yığmaq olmur, o ki qaldı bu qədər tutumu olan arenanı hansısa kluba təhkim edəsən.
 
Bir ara müxtəlif korporativ tədbirlər planlandı, hətta BOS-da toy mərasimlərini təşkil etmək variantı ortaya atıldı. Lakin bəlli oldu ki, hamısı xəyaldı, reallıqdan uzaqdı. Bir çox ofislərin burada yerləşməsi də böyük xərclərin qarşılanması üçün yetərli deyil. Bu arenanı ancaq böyük yarışlarda istifadə etmək olardı.
 
"Qarabağ”ın sayəsində 2 mövsüm yola verildi. Çempionlar Liqasının, ardınca Avropa Liqasının qrup oyunlarını burada keçirən ağdamlılar belinə yüklənən icarə haqqını ödəyib, idman qurğusunun nəfəs almasına şərait yaratdı. Milli komandanın oyunlarının məcburən bura salınması da çıxış yolu deyildi. "Neftçi” Sağlamlıq İdman Mərkəzinin balansına verilən arenanın saxlanma xərclərini SOCAR qarşılayır və obyekt hazırda zərərlə işləyir.
 
2015-ci ildəki Avropa Oyunlarından sonra BOS böyük yarışlar qəbul etməli idi. Və buna dövlət qayğısı sayəsində nail olundu. Ali futbol qurumları ilə böyük sponsor anlaşmalarından sonra 2019-cu ilin mayında baş tutacaq Avropa Liqasının final matçı və Avro-2020-nin bir qrupunun, eləcə də ¼ finalın bir matçının BOS-a salınması mümkün oldu. Bunların davamlı olması üçün mütləq etimad doğrulmalı, yüksək təşkilatçılıqla seçilməliyik. Bəs, biz nə edirik?
 
Avropa Liqasının finalına sayılı günlər qalıb. AFFA təşkilati məsələlərdə bacardığını edir, oyuna marağın böyük olmasını bilet satışındakı fəallıq da göstərir. Maraq o qədər çoxdu ki, onlayn bilet sifariş edənlər arasında püşk atılacaq. Bütün bunlar ölkəmizdə futbola marağın səviyyəsini göstərir və müsbət məqamdı.
 
Lakin BOS finala hazırdımı? Təşkilatçılara inansaq, hə! Bununla belə, xoş olmayan mənzərələr də var. Ölkəmizə turist kimi gələcək qonaqlar idman qurğusunu gəzsə, ən azı onu kənardan seyr etsə, evə xoş təəssüratlarla qayıtmayacaq, əksinə, xeyli məzəli videolarla gündəmə gələcəyik. Stadionun kənarındakı hündürlükdən baxanda ümumi panoramanı görsəz, siz də belə düşünərsiz.
 
BOS-un ərazisində müxtəlif meydançalar salınıb. Əksəriyyəti idman qurğusunu tam bir kompleks kimi göstərir, lakin mini-meydanların olduğu ərazidə xaosdu. Bildiyimizə görə, stadionun bu ərazisi müxtəlif adamlar tərəfindən 50 il müddətinə icarəyə götürülüb. BOS-un xərclərinin böyük hissəsini məhz bu meydançalardan gələn gəlirlə qarşılamaq mümkün olduğu halda, bu hissə çox ucuz qiymətə icarəyə verilib və orada müxtəlif insanlar şəxsi biznesini qurub. Hamısı tanışlar, qohumlar olduğu üçün 5 qat qazanmaq imkanı əldə ediblər.
 
Bəlkə də biznesin qaydalarıdı, belə də olmalıdı. Amma onlardan da müəyyən tələblər olmalıdı. Ümumi görünüşü korlamamaq, BOS-u dünya səviyyəli arena kimi tanıtmaq üçün müəyyən standartlara əməl olunmalıdı. Bu səliqə gələcəkdə digər yarışların ölkəmizə ayaq açmasına kömək edə bilər, amma...
 
Fotolara baxanda təəccüblənməyin. Bunlar BOS ərazisindəki mini-futbol meydanlarıdı. Vaxtilə burada toy mərasimləri təşkil etmək istəyənlərin arzusu ürəyində qalıb, sanki əvəzində mərasim çadırı qurublar. Yüzmilyonlar xərclənən qurğuda bu cür örtülü meydançaların olması ayıbdı. Metronun "İçərişəhər”, "Avtovağzal” və "Koroğlu” stansiyalarında olduğu kimi üçbucaq formalı çadır-meydançanın salınmasında bəlkə də başqa səbəb var, amma hətta belə olduqda da ümumi görünüş pozulmamalıdı. Yanaşı salınan meydançalardan biri fərqli, qalanları fərqlidi. Bu, həmin meydanların fərqli adamlara məxsus olmasını göstərir, lakin qurğunun rəhbərliyi buna imkan verməməliydi. Belə qarışıqlıq ümumi görünüşü korlayır.
 
Çadır-meydançanın yuxarı hissəsində 2 deşik də qoyulub, sanki soba bacasıdı. Digərləri də burada futbol oynandığını işarə vermir, elə bil təyyarə anqarlarıdı. Hər halda, kənardan belə görünür. Dünya praktikasında belə vacib yarışlar, turnirlər ərəfəsində azarkeşlər üçün fan-zonalar təşkil olunur, bizdə isə fərqlidi: kənardan baxanda "palatka-zonalar”ın salındığı təəssüratı yaranır. Sanki məhv edilmiş Azərbaycan futbolunun 3, 7 mərasimi üçün çadır qurulub.
 
Təbii ki, faciəvi nəsə baş verməyib. Hələlik turistlər gəlməyib, mayın 29-dakı final matçına da 2 ay qalıb. BOS rəhbərliyi təcili tədbir görüb, idman qurğusunun ərazisinə əl gəzdirə, ümumi görünüşü düzəldə bilər. Ölkə rəhbərliyi büdcədən bu qədər pulu Azərbaycanın müsbət imicini formalaşdırmaq üçün xərcləyib. İndi onu hansısa vəzifə sahiblərinin öz maraqları naminə korlaması, səriştəsizlik üzündən biabırçılıq yaratması doğru olmaz.

Fanat.Az
 




Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X