"Real"ın və İspaniya millisinin üzvü Serxio Ramos 7 illik sevgilisi Pilar Rubio ilə evlənməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu yay ailə həyatı quracaq cütlük toy hazırlaqlarına başlayıb.
Ramos-Rabio cütlüyünün toyu futbolçunun doğulduğu Sevilyada baş tutacaq. İlin toyu adlandırılan mərasimdə bir sıra qadağalar olacaq. "Hola" dərgisinin məlumatına görə, bu barədə Pilar Rubio məlumat verib.
Teleaparıcı bildirib ki, toy gecəsi bəzi sərt qadağalar tətbiq edəcəklər. Bunlardan ən diqqətçəkəni qonaqların salona mobil telefonla daxil olmasına qoyulacaq qadağadı.
"Mobil telefonları salona girişdə alıb, etibarlı yerdə saxlayacağıq. Bütün qonaqların özlərini rahat hiss etməsini istəyirik. Bu səbəbdən salona telefonla daxil olmağa icazə verməyəcəyik" deyə Pilar Rubio bildirib.
"Hola" dərgisi toyda tətbiq olunacaq digər qadağaları açıqlamasa da, bir sıra sərt yasaqların olacağını qeyd edib.
Fanat.Az