Avstraliyanın ev sahibliyi edəcəyi 2015-ci il Asiya çempionatının qrup mərhələsinin növbəti oyunları sabah keçiriləcək. Fanat.az xəbər verir ki, 5 qrupda 9 matç baş tutucaq.
Bir oyunun keçiriləcəyi A qrupunda Suriya yığması Omanı qəbul etməlidi. Lakin bu ölkədəki vətəndaş müharibəsi üzündən matç İranın paytaxtı Tehranda keçiriləcək. Oman hazırda 7 xalla qrupa liderlik edir.
İranın 10 xalla lider olduğu qrupda Küveyt öz meydanında Tailandı qəbul edəcək. Bu qrupdakı digər matçda İran Livanın qonağı olacaq.
C qrupunda lider Səudiyyə Ərəbistanı Çinin qonağı olacaq, İndoneziya İraqı qəbul edəcək. D qrupunda Malaziya Qətərlə, Bəhreyn Yəmənlə qarşılaşacaq. E qrupunda isə Özbəkistan Honq-Konqun, Vyetnam Birləşmiş Ərəb Əmirliklərinin qonağı olacaq.
A qrupu
Suriya - Oman
B qrupu
Küveyt - Tailand
Livan - İran
C qrupu
Çin - Səadiyyə Ərəbistanı
İndoneziya - İraq
D qrupu
Malaziya - Qətər
Bəhreyn - Yəmən
E qrupu
Honq-Konq - Özbəkistan
BƏƏ - Vyetnam
Fanat.az