"Hər iki komandaya maraqlı oyuna görə təşəkkür düşür. Həddən artıq gərgin qarşılaşma alındı. Sonadək qələbəni kimin qazanacağı bilinmirdi. Qarşıda bizi çətin mərhələ gözləyir. Bu oyunun üzərində dayanmamalı və gələcəyi düşünməliyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Toaz Premyer Liqasının XXIII turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
" "Neftşi" 2 qolu standart vəziyyətdən vurdu. Bu zaman yazılır ki, kim kimi tutmalıdı. Bunu futbolçularımızla sorğu-sual edəcəyk. "Neftmi"nin 2 qolunda özümüz imkan yaratdıq, futbolçularımız arasında anlaşılmazlıq oldu. Sözün açığı, fasilədən sonra 2 nəfəri dəyişmək istəyirdik. Ancaq gprdük ki, Bilal Həmdi də kənara gəlib, zədəsi vardı. Həfətiçi biləcəyik ki, vəziyyəti necədi. Meydana girənlər futbolçular oyunun tempini artırdı. Dabonun yaxşı oynamağı bizim pis oynamağımıza görədi. Qış fasiləsindən sonra yalnız startda "Sabah"la qarşılaşmanı çıxmaq şərtiylə yaxşı oyunla xallarımızı qazanmışdıq. Bu gün uduzmuşuqsa, deməli, haqlı məğlubiyyətdi" deyə Samir Abasov bildirib.
41 yaşlı mütəxəssis oyunun sonlarında baş vermiş insidenti belə şərh edib: "Baqali Daboya uğurlar arzuladığım halda, Emin Mahmudova etirazımı bildirdim. O, hər şeyi etdi ki, İlkin Muradova qırmızı vərəqə göstərilsin. Orxan Sadıqlı isə meydana girmək ixtiyarı olmadığı üçün qırmızı vərəqə aldı. Qaldı özümün əsəbiləşməyinə, mən elə həmişəki Samirəm".
Fanat.Az