Bir neçə il əvvəl "Yeni Messi" adlandırılsa da, ümidləri doğrultmayan Emre Mor şəxsi həyatı ilə gündəmdən düşmür.
Meydandakı oyunundan daha çox, lüks həyat tərzi ilə gündəmdə olan "Selta"nın türk futbolçusu azarkeşlərin tənqid hədəfinə çevirilib. Onlar Emreni diqqətini oyuna yönəltməkdənsə, lüks həyat tərzini sərgiləməkdə ittiham edirlər. Əksər futbolsevərlərin fikrincə, onun karyerasındakı enişin səbəbi də şəxsi həyatıdı.
Qeyd edək ki, türk futbolçunun qarajında "Mercedes" və "Audi"nin ən bahalı modelləri var. Son olaraq o, İspaniyanın Pontevedra əyalətində lüks aylıq 22 min avroya villa kirayə götürüb. Bir müddət əvvəl isə o, "Istagram"da bəyəndiyi braziliyalı model Anjelika Perlaya "Mercedes A180” markalı avtomlbil hədiyyə etmişdi. Futbolçunun bu maşına 120 min lirə (təxminən 40 min manat) xərc çəkdiyi bildirilirdi.
Onu da qeyd edək ki, Emre futbolçu karyerasına Danimarkada başlayıb. 2015-ci ildə türk futbolçunu heyətinə qatan "Nordşelland" bir il sonra onu 9,75 milyon avroya Dortmund "Borussiya"sına satıb. 2017-ci ildə isə "Selta" onu 13 milyon avroya transfer edib. 21 yaşlı türk forvard cari mövsümdə cəmi 11 rəsmi oyuna çıxaraq 403 dəqiqə oynayıb və qol vura bilməyib. O, 2016-cı ildən sonra dəvət aldığı Türkiyə millisində keçirdiyi 15 oyunda bir qola imza atıb.
Fanat.Az