21:29 11.04.2019 1739

Yenə Kamran, yenə reklam... - GÜNDƏM

AFFA tikinti şirkətini məhkəməyə verməklə hədələyib. Kamran Ağayevi əynində millinin forması, üstündə yerli futbol qurumunun loqosu olan geyimdə reklama çəkdiyinə görə.

 

İdman mətbuatının gündəmini zəbt edən mövzunun xırdalıqlarına getməyəcəyik. Şirkətin mətbuat katibinin - Nəsimi Paşayevin açıqlaması ilə də yəqin, tanışsız.

 

"Ağ şəhər”də tikilməkdə olan "Hünər qüllələri” adlanan yaşayış kompleksinin məxsus olduğu "Huner Group” şirkətininin sözçüsü loqodan məqsədli şəkildə istifadə etmədiklərini, formanı özləri aldıqlarını vurğulayıb. Üstəlik, digərləri AFFA-dan icazə almağın vacibliyini bildirdiyi halda millinin qolkiperinin bu məsələyə toxunmadığını da dilə gətirib.


İndi AFFA tərəfdaşlıq etmədiyi şirkətdən loqonun görüntüsü olan reklam çarxlarının silinməsini istəyir. Şirkət isə qanunauyğun addım atdığını düşünür. Əslində hər şey sadədi. Kimin haqq, kimin nahaqq olduğunu müəyyənləşdirmək xüsusi baş istəmir.


Assosiasiyada marketinq işini başqa sahələrdən yaxşı bilən baş katib var. Elxan Məmmədov "futbolnı” mövzularda əbədi naşı təsiri bağışlasa da, reklam əməkdaşlıqlarına xüsusi diqqət ayırır. Millinin AÇ-2020-nin final mərhələlərinə qatılacağıyla bağlı dilə gətirdiklərinə baxmayın, söhbət marketinqdən gedirsə, böyük boşluqlara yol verməz. Görünən budu ki, "Huner Group” doğrudan da 21-ci əsrdə loqodan istifadənin nə demək olduğunun fərqinə varmayıb. Bildiyi sahədə yaranan problemdən Məmmədovun uğurlu çıxış yolu tapacağına inanmaq olar. "Yuxarılar”dan zəng gəlsə də, gəlməsə də tərəflər bir-birini yola verəcək.


Kamrana gəlincə, əlcək sahibi xarakterinə uyğun mövqedədi. Əhlikef Ağayev 30 minə görə "Keşlə”nin Antalyadakı toplanışını baş məşqçi Tərlan Əhmədova heç nə demədən tərk etdiyi kimi, indi də AFFA-nın maraqlarına tüpürüb. Böyük ehtimalla, loqonun reklam çarxında görüntülənməsinin sonradan xaosa səbəb olacağını bilə-bilə reklama çəkilməyə razılıq verib. Yəni növbəti dəfə müəyyən məbləğdə pul qazanmağı bütün digər məsələlərdən öndə tutub. Alacağını alıb, gerisini məsuliyyətsizcəsinə zamanın ümidinə buraxıb.


33 yaşlı qapıçının bununla bağlı verdiyi açıqlamaya bir daha göz gəzdirək: "Reklama çəkilməyimin nəyi düzgün deyil, anlamıram. Bu, mənim şəxsi həyatımdır. Həmin vaxt milli komandanın təlim-məşq tolanışında olmamışam. Bu reklam da çoxdan çəkilib, yeni deyil. Azərbaycanda millinin formasını geyinən o qədər vətəndaş var ki... Söhbətin nədən getdiyini dəqiq bilmədiyim üçün bu cür danışıram. Millinin forması ilə meydana da çıxıram, gəzirəm, maşın da yuyuram, kross da qaçıram, toya da gedirəm. Bir sözlə, hər şey edirəm. Reklamın buna nə dəxli var ki? İndi bildiyimi deyirəm, bəlkə, başqa nüanslar var. Ola bilər ki, doğrudu. Amma bunu indi eşidirəm. Zəng ediblərsə, demək, bir şey var. Formanın üstündə loqonun olub-olmadığını xatırlamıram. Loqo olubsa, bunu başa düşərəm”.


 

Əilbəttə, daş atıb başını tutan futbol qurumunun rəsmilərinin 95 faizi "quru qaydalar”a sadiq, improvizasiya baxımından bərk "axsayan”, Məmmədovun qılıncının altından keçmiş adamlardı. Şirkətin oyunçunu milli formada reklama çəkməklə futbolun kütləviləşməsinə töhfə verməsi faktı da AFFA-dakıların könül tellərinə toxunmayacaq. Lap toxunsa belə, hamı diplomatik təbəssümlü "vəzir”in mövqeyindən çıxış etməyə məcbur olacaq. Adətən zaman və yerli şərtlərlə uzlaşmayan mövqeyindən...


Mövzuya qayıdacağıq...

 

 

Fanat.Az


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X