AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qaradağ"la oyunun 26-cı dəqiqəsində "Ağsu"nun futbolçusu Fərrux Rəhimov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
"Araz"la matçın 90+4-cü dəqiqəsində MOİK-in futbolçusu Zeynalabdin Hüseynov, "Şəmkir"lə görüş başa çatdıqdan sonra isə "Şuşa"nın oyunçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçunun cəzası bir oyun olub, klubları 20 manat cərimələnib.
"Lokomotiv" isə "Kəpəz"lə matçda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə edilib.
Fanat.az