Bakıdan getdi, məşhur "Qalatasaray"lı ilə sevgili oldu - FOTOLAR
Türkiyəli aktrisa Müge Bozun "Qalatasaray"ın basketbol komandasında oynayan Caner Erdenizlə eşq yaşadığı ortaya çıxıb.
Cütlük qatıldıqları tədbirlərin birində tanış olub. Onlar bir aydır sevgi münasibəti yaşayırlar. Gözlərdən uzaq vaxt keçirməyi sevən Müge və Caner İstanbulun müxtəlif təbiət məkanlarında əylənirlər.
Qeyd edək ki, Müge Boz Azərbaycanda "Qış nağılı” filmində çəkilib. O, sonuncu dəfə aktyor Elməddin Cəfərovla birlikdə rol aldığı "Çat kapı aşk” filminin qalası üçün Bakıya gəlmişdi. (axşam.az)