"İnter"in futbolçusu Mauro İkardinin karyerasında və şəxsi həyatında problemlər davam edir.
Fanat.Az xəbər verir ki, Milan klubu ilə yeni müqavilə imzalamayan, bu səbəbdən heyətdən kənarlaşdırılan və kapitanlıqdan məhrum edilən argentinalı futbolçunun ailəsində də problemlər var.
Belə ki, onun qalmaqallı şəkildə evləndiyi həyat yoldaşı Vanda Nara ilə ailəsi arasında problemlər davam edir. Bu barədə danışan futbolçunun bacısı İvana İkardi ailələrində problemlərin olduğunu bildirib. Buna görə Vanda Naranı ittiham edən İvana onların evlənmə formalarına qarşı olduqlarını və bu səbəbdən daim Nara ilə mübahisələri düşdüyünü qeyd edib.
Fanat.Az