14:34 14.04.2019 1623

Millimizin üzvü: “Hətta rəqibin Braziliya da olsa, mübarizə aparmaq olar”

Futzal üzrə Azərbaycan millisi hazırlıqlarını davam etdirir. Fanat.Az xəbər verir ki, yığmamız təlim-məşq toplanışının ikinci mərhələsi üçün Serbiyadadır.

Sözügedən ölkədə hazırlıqları davam etdirən komandamızın üzvü Vitali Borisov federasiyanın rəsmi saytına müsahibə verib.

- Millimiz aprelin 11-də və 12-də Latviya ilə yoldaşlıq oyunları keçirdi. Bu görüşləri necə xarakterizə edərdin?
- Maraqlı, gərgin iki oyun keçirdik. Müqayisə etsək, birinci oyunda daha yaxşı çıxış etdik. İkinci qarşılaşmada zəif çıxış etməyimizə təsir edən səbəblər oldu. Üstəlik, oyunun keçirildiyi meydanın ölçüləri də standartlara uyğun deyildi. Düzdü, hər iki komanda üçün şərait eyni idi. Ancaq 20 metr olmalıdı meydanın eni, burada 22 metr idi. Qarşıdakı günlərdə Serbiyada iki oyun keçirəcəyik və bu qarşılaşmaların da bizim üçün faydalı olacağına əminəm.

- Hər iki oyundan sonra baş məşqçi, eləcə də saytımıza açıqlama verən komanda yoldaşların yorğunluğu qabardırdı. Səfər oyununuza bu qədərmi təsir etmişdi?
- Ola bilsin, təsir etsin. Çünki iki təyyarə dəyişmək, aeroportda gözləmək mənfi təsir edə bilər. Məncə, əsas səbəb başqadı. Komanda şəklində çoxdan idi toplaşmırdıq, məşq etmirdik, standart vəziyyətlər üzərində işləmirdik, oyun keçirmirdik. Yol yorğunluğu hər zaman olur. Biz vacib olan "ev tapşırıqları”nı icra edə bilmədik.

- Baş məşqçi Alesionun "standartlar”la bağlı tapşırıqlarını daim yerinə yetirirsiz axı. Hər dəfə yenilik olur?
- Tapşırıqlar dəyişir. Bunu bir məşqdə öyrənmək çətindi. Həm də 4 saniyə ərzində qərar verməli, necə yerinə yetirməli olduğunu düşünməlisən. Bu da çox çətindi.

- Tək standartlarla bağlı yox, müdafiədən çıxan zaman da çoxsaylı ssəhvlər edirdiniz...
- Ötürmələr zamanı hər kəs səhvə yol verə bilər. Futzalda bu qaçılmazdı. Texniki səhvlər hər zaman olur.

-  Növbəti matçlar serblərə qarşı olacaq. İki gün ərzində Braziliya millisi ilə iki ardıcıl oyun keçirmiş və daha yaxşı tanıdğın rəqiblə qarşılaşma haqda nə düşünürsən?
- Serbiya – Braziliya oyunlarını izləyə bilmədim, amma fraqmentlərə baxdım. Braziliya yığması məğlub olduğu ilk matçda rəqib qapısına 25 zərbə endirmişdi. Serblərin qapıçısı əla oynadı. Üçüncü qolu isə boş qapıya vurdular. Bu oyun göstərdi ki, hər kəs futzal oynaya bilir. Hətta rəqibin Braziliya kimi titullu komanda olsa belə ona qarşı mübarizə apara bilərsən. Serbiya yığması texniki cəhətdən yaxşı komandadı. Oyunçuları atletik baxımdan da seçilirlər. Üstəlik, azarkeşləri də hər zaman oyunları izləmək üçün zallara gəlirlər. Bu dəfə də istisna olmayacaq. Çünki serblər idmanı sevirlər.

- Əsasən nəyə diqqət etməliyik?
- Gərək öz oyunumuzu tutaq. Serbiyanı təhlil etmək vacib deyil. Bizim öz yolumuz var. Məşqçimiz istəyir ki onun tapşırıqlarını yerinə yetirək. Çünki oktyabrda keçiriləcək rəsmi oyunlara hazırlaşmalıyıq və daha vacib tapşırığımız olacaq. Səhvləri görməli, işləməliyik.

- Hazırkı yığma rəsmi oyunlara nə qədər hazırdı?
- Hardasa 50-60 faiz hazırıq. Ancaq vaxtımız az deyil. Əvvəllər millinin "skleti”ni təşkil edənlər "Araz”da oynayırdılar, hər gün məşqlər edir, standartları icra edirdilər. İndi biri İndoneziya çempionatında oynayır, bir başqası "Neftçi”də cəmi bir məşq edir.Ona görə səhvlər qaçılmazdı.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X