17:38 14.04.2019 1239

Tərlan Əhmədov: "Uduzmamalıydıq"

"Bu gün komanda təzyiq altında oynadı. Yenə də oyunumuz ürəkaçan idi”.

 

Fanat.Az xəbər verir ki, bunu "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.


Premyer Liqanın XXIV turunda sabiq "bankirlər” öz meydanında "Qəbələ”yə 1:2 hesabı ilə yenilib.


Matçın ardındnan düzənlənən ənənəvi mətbuat konfransında Əhmədov məğlubiyyəti dəyərləndirib: "Bu, həmişəki problemdi. Bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandada psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalıydıq”.


 

- Məğlubiyyət komandaya nə dərəcədə psixoloji təsir edəcək?

- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdı – mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu baş verəcək. 3 gündən sonra "Qarabağ”la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. "Yuventus”u A seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.


 

- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?

- Maliyyə problemi yoxdu. Bu günlərdə maaşlarını alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındı. Bu da futbolun yazılmayan qanunudu.


 

- Kamran Ağayevin durumu nə yerdədi?

- Əli gipsdədi, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandandan sonra bilinəcək.


 

- Davud Kərimi onu əvəz edə bilirmi?

- Gəlin bu haqda danışmayaq. Səhv hamınındı. Davudun təcrübəsi var. Rəqib Davuda qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X