16:33 15.04.2019 2002

Samiraldonun futbolçulara təklifi: "Saçınızın rəngini göy, qırmızı edək"

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələr davam edir.
 
Fanat.Az xəbər verir ki, daim maraqlı açıqlamaları, paylaşımları ilə diqqətləri üzərinə çəkən tanınmış stilist Samiraldo idmanla bağlı fikirlərini sport7.az-la paylaşıb.

- İdmanla aranız necədir?
- Mən idmanın ancaq bir növünü sevirəm, o da bal rəqsləri. İllərlə məşğul olmuşam. Hətta çempion da olmuşam. Neçə vaxtdı atmışam deyə çəkim də artıb. İdman yaxşı məşğuliyyətdi. Ancaq hər insanın ruhuna uyğun idman növü var. Məsələn, mən işimi-gücümü atıb saatlarca futbol matçlarına baxa bilmərəm. Buna səbrim çatmaz. Futbol ilə bağlı anlayışım da yoxdu, marağım da yoxdu. İnsanlar var ki, həyatlarını futbola həsr edirlər. Tək futbol yox, döyüş növləri ilə də heç vaxt maraqlanmamışam, məşğul olmamışam. Mənim ruhuma uyğun olan ancaq bal rəqsləridir.

- Yəni, həyatınızda heç vaxt bir oyunluq da olsa futbol matçı izləməmisiniz?
- Oyyy... İzləmişəm. Dünya çempionatını. Bildiyiniz kimi, mən imicmeykerəm. İllərin stilistiyəm. Futbolçulara maniken kimi baxmışam. Dünyaca məhşur futbolçuların saç düzümlərindən, onların imiclərindən oğurlamışam. Və bu imicləri müştərilərimin üzərində tətbiq edib pulumu qazanmışam. Yəni, buna görə futbola baxmışam.

- Hansı futbolçunu yaraşıqlı, xarizmatik hesab edirsiniz?
- Əvvəl Ronaldonu çox bəyənirdim. İndi isə Messini. Baxır da, baxır... Bizimkilərdən var idi. Adları yadımdan çıxıb. Ancaq bizimkilərdən də yaraşıqlı olanlar var. Düzdü, bizimkilər elə də ucaboylu deyil, amma yaraşıqlı uşaqlarımız var. Əsasən Sumqayıtdan olan futbolçuları tanıyıram. Onlar yanıma gəlirdilər. Çox yaraşıqlı olanları var.

Bir məqamı da qeyd edərdim. Bizim futboçularda komplekslər var. Tək onlarda yox, cəmiyyətdə komplekslər var. Niyə belə etdi və s. tipli qınaqlar. Dünyada isə belə şey yoxdu.

- Misal üçün, sizə yen imic üçün müraciət edən futbolçular nəyə kompleks edirlər?
- Deyir  sabah oyunumuz var, daha fərqli, diqqət cəlb edən görsənmək istəyirəm. Bildiyiniz kimi, futbolçular meydanda hamısı eyni geyimdə olur deyə, daha çox saç düzümü, saqqalla diqqətdə ola bilirlər.  Mən təklif etmişəm ki, saçınızın rəngini göy, qırmızı edək. Onlar deyiblər ki, "yox, yox, yox". (gülür)...Ancaq saç kəsimlərində problem olmayıb. Sadəcə rəngləmə də problem olub.

 - Hər kəsin uşaqlıqda futbolla bağlı xatirələri var. Sizin ayağınıza heçmi top dəyməyib?
- Heç vaxt futbol oynamamışam. Uşaqlar gedib oynayırdılar. Mən pəncərədən belə baxmırdım. Futbola baxınca, rumba, ça-ça-ça, tanqo oynayardım. O vaxtı indiki kimi "youtube" yox idi. Musiqi ilə özüm ritm tutub, rəqs edirdim.

- Belə başa düşdüm ki, kobud idman növləri Samiraldoya görə deyil...
- Yox, yox. Mən özüm də kobud insan deyiləm axı. Baxmayaraq ki, bu həyatda, bu cəmiyyətdə kobud olmalısan. Ancaq mən kobudluğu öz həyatıma aşılamadım. İstəsəm ola bilərəm. Ancaq alınmır. Mən kobudluq eləsəm belə, elə düşünürlər ki, zarafat edirəm, şirin alınır. (gülür)...

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X