Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunub. "Yuventus" "Ayaks”ı, "Barselona” isə "Mançester Yunayted”i qəbul edib.
Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan "Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz heç-heçə də kifayət edəcəkdi. "Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaqdı. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edirdi. Hesabı Ronaldo açsa da, ilk yarıda bərabərlik qolunu vuran Hollandiya təmsilçisi 2-ci hissədə də özünü qonaq kimi aparmayıb. Ardıcıl həmlələrin məntiqi nəticəsi olaraq qələbə qoluna sevinib - 1:2.
Gecənin digər matçına gəldikdə, evdə 0:1 hesabı ilə məğlub olan Ole Qunnar Sulşerin yetirmələrinin cavab qarşılaşmasında qələbədən başqa şansı yox idi. 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə yenən, tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olan "Mançester Yunayted” bu dəfə geri dönüş edə bilməyib. Messinin erkən dublu ilə sarsılan "qırmızı şeytanlar" ikinci yarıda daha bir qol buraxaraq darmadağına üzülüb.
Yarımfinala vəsiqə qazanan MY və "Ayaks"ın rəqiblərini sabah tanıyacağını xatırladaq.
Çempionlar Liqası
1/4 final
Cavab oyunları
16 aprel
Barselona (İspaniya) - Mançester Yunayed (İngiltərə) 3:0
Qollar: Messi, 16; 20, Koutinyo, 61ş
Barselona: 1. Ter Ştegen, 3. Cerard Pike, 4. İvan Rakitiç,
5. Serxio Buskets, 7. Filipe Koutinyo, 8. Artur, 9. Luis Suarez, 10. Lionel
Messi, 15. Klemen Lenqlet, 18. Xordi Alba, 20. Serxi Roberto.
Mançester Yunayted: 1. David De Xea, 2. Viktor Linelöf, 4. Fil Cons,
6. Pol Poqba, 10. Markus Reşford, 11. Antoni Martial, 12. Kris Smollinq, 14.
Cessi Linqard, 17. Fred, 18. Eşli Yanq, 39. Skot Maktomina.
Baş hakim: Feliks Brix (Almaniya).
Barselona. "Nou Kamp" stadionu.
Yuventus (İtaliya) - Ayaks (Hollandiya) 1:2
Qol: Ronaldo, 28 - Van de Beek, 34, De Liqt, 67
Yuventus: 1. Voyçex Şesnı, 2. Mattia De Şilyo, 5. Miralem Pyaniç, 7. Kristiano Ronaldo, 10. Paulo Dibala, 12. Aleks Sandro, 14. Blez Matuidi, 19. Leonardo Bonuççi, 23. Emre Can, 24. Daniele Ruqani, 33. Federiko Bernardeski.
Ayaks: 24. Andre Onana, 3. Coel Veltman, 4. Mattiys De Liqt, 6. Doni Van de Bik, 7. David Neres, 10. Duşan Tadiç, 12. Nusayr Mazraui, 17. Deyli Blind, 20. Lasse Şön, 21. Frenki De Yonq, 22. Hakim Ziyeç.
Baş hakim: Klemen Turpin (Fransa).
Turin. "Yuventus" stadionu.
Fanat.Az