Futbolda dəhşət anları: hər iki ayağı sındı - VİDEO
Afrika Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vidad" (Mərakeş) - "Xoroya" (Qvineya) matçında dəhşətli hadisə baş verib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşı ilə toqquşan qonaq komandanın qapıçısı Kərim Ndiayenin iki ayağı da qırılıb. Həmin vaxt "Vidad" 5-ci qola imza atsa da, rəqib qapıçının düşdüyü vəziyyətə görə sevinə bilməyiblər. Onun durumu bütün stadionu göz yaşlarına boğub.
Hər iki ayağı qırılan Kərim Ndiaye xəstəxanaya aparılaraq əməliyyat olunub. Qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. "Xoroya" klubu buna baxmayara onun mövsümün sonunda başa çatacaq müqaviləsini 3 illik uzadıb.