Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, mərhələnin daha iki oyunundan sonra bütün yarımfinalçılar müəyyənləşib. Qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutub.
Günün ən maraqla gözlənilən görüşündə iki İngiltərə təmsilçisi üz-üzə gəlib. Londondakı matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Matçın ilk 11 dəqiqəsində vurulan qolların sayına görə turnirin rekordu yenilənib. Meydan sahiblərinin 4:3 hesablı qələbəsi isə qonaqların üzünü güldürüb. Yarımfinala vəsiqə qazanan "Tottenhem" "Ayaks"la qarşılaşacaq.
İngiltərənin daha bir təmsilçisi "Liverpul" isə "Portu"nun qonağı olub. Çempionlar Liqasının son finalçısı ilk matçdakı 2:0 hesablı üstünlüyünün təsadüfi olmadığını sübuta yetirib. 4:1 hesablı qələbəyə sevinən "Liverpul" final uğrunda görüşdə "Barselona" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bundan əvvəl "Ayaks" (Hollandiya) "Yuventus"u (İtaliya), "Barselona" (İspaniya) "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.
Çempionlar Liqası
1/4 final
Cavab oyunları
17 aprel
Mançester Siti (İngiltərə) - Tottenhem (İngiltərə) 4:3
Qollar: Rahim Sterlinq, 4; 21; Bernardo Silva, 11; Serxio Aquero, 59 - Son Hin-Min , 7; 10 ; Lorente, 73
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Mançester. "Ettihad Stadium”.
Portu (Portuqaliya) - Liverpul (İngiltərə) 1:4
Qollar: Militao, 69 - Mane, 28; Salah, 65; Firmino, 77; Van Diyk, 84
Baş hakim: Danni Makkeli (Hollandiya).
Portu. "Estadio do Dragao".
Fanat.Az