"İlk yarıda yaxşı oynadıq. Ancaq futbol sürprizlərlə zəngindi. Buraxılan təsadüfi qoldan sonra bizdə qorxu yarandı”.
Fanat.Az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Ayaks”a öz meydanında 1:2 hesabıyla uduzaraq(ilk oyun 1:1) mübarizəni dayandıran "Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib.
Mütəxəssis Hollandiya təmsilçisinin layiqli yarımfinala yüksəlməyi oyunu ilə haqq etdiyini söyləyib:
"İkinci hissə fərqli olmalı idi.Amma "Ayaks” yarımfinala tamamilə layiq idi. Ronaldo bu gün komandaya kömək etməyə çalışırdı. Ancaq 1/4 finalda hər oyunçu vacib olur. Bizə 4-5 futbolçu çatışmırdı. Buna görə də birliyimizi itirdik və "Ayaks”a üstünlük imkanı verdik. O ki qaldı klubdakı gələcəyimə, prezidentə bildirdim ki, "Yuventus”da qalacağam. Təbii ki, rəhbərliklə görüşümüz olacaq".
Fanat.Az