"Turindəki oyun Madriddəkindən fərqli oldu. İlk dəqiqələrdə fiziki mübarizəyə şahidlik etdik”.
Fanat.Az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/4 finalının cavab oyununda ilk matçda heç-heçə etdiyi (1:1) "Yuventus”u Turində 2:1 hesabıyla yenərək mübarizədən kənarlaşdıran "Ayaks”ın baş məşqçisi Erik ten Haq deyib.
Mütəxəssis zəfəri şərh edib: "Kollektiv oyun baxımından biz daha yaxşı idik. Ancaq rəqibin təzyiqini dayandırmaq məcburiyyətində qaldıq. Qol vəziyyətləri yaratmaq da çətin olurdu. İkinci hissədə rəqibin sürəti aşağı düşdü. Bu da bizə boş zonalar verdi. Nəticədə daha sərbəst oynamağa başladıq. 3-4 yüz faizlik qol şansını qaçırdıq. İntriqanı daha əvvəldən "öldürməli" idik. Ancaq standart vəziyyət zamanı problemi həll etdik".
Fanat.Az