Kriştiano Ronaldonun "Yuventus"dan getmək istəməsi ilə bağlı xəbər vermişdik. Bu barədə məlumat yayan "La Repubblica” qəzeti iddia edir ki, 34 yaşlı futbolçu komandanın Çempionlar Liqasının 1/4 final mərhəhələsində uduzmasına görə çox məyus olub. İddiaya görə, Ronaldo gələn ilin yayında komandadan getmək istəyir.
Fanat.Az xəbər verir ki, Ronaldonun "Yuventus”u tərk edəcəyi ilə bağlı iddialara onunla yaxın münasibətləri olan portuqaliyalı jurnalist Edu Aqirre açıqlama verib. O bildirib ki, Ronaldonun yayda Turin təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Aqirre 2022-ci ilin yayınadək müqaviləsi olan futbolçunun klubunu vaxtından tez dəyişmək barədə düşünmədiyini söyləyib.
Fanat.Az