23:53 19.04.2019 1974

Emin Mahmudov: "Bizdən çox hakimlərə çətin olur"

"Çox çətin qələbə qazandıq. Birinci hissəni zəif keçirdik. Çünki rəqibə ikinci toplarda, hava toplarında uduzduq. Fasilədən sonra oyunumuzda bir qədər dəyişiklik oldu. Daha aqressiv oynadıq və topla yaxşı çıxış etdik. Bunun da sayəsində qələbə qazandıq".

 

 

 

Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Premyer Liqanın XXV turunda "Sabah" üzərində qələbədən sonra deyib. Yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.


 

- "Sabah"a qarşı bundan əvvəlki matçınız da gərgin keçmişdi. Bu rəqiblə oyunlarınız niyə belə çətin alınır?

- Bütün komandalara belə olur. Çempionatda hamı bir-birinə çətinlik yaradır. "Sabah" da pis komanda deyil, yaxşı oyunçuları var. Onları burda məğlub etmək hər bir komanda üçün çətindi.


 

- Oyun ərzində hakimə çox etiraz edirdiniz. Ümumiyyətlə, hakimliklə bağlı nə deyə bilərsiniz?

- Bizim oyunlara daha çox gənc hakimləri təyin edirlər. Bəzi hallarda da çox sarı vərəqə göstərirlər. Mən də hakimə deyirdim ki, çox "sarı"ya ehtiyac yoxdu. Artıq neçənci oyundu ki, bizim matçımıza gənc referi göndərilir. Bizdən çox onlara çətin olur. Çünki biz çempionluq uğrunda mübarizə aparırıq. Onlar üçün isə belə oyunu idarə etmək asan deyil.


 

- Çempionluğa iddia edən komandanın oyunlarına təcrübəsiz hakimlər göndərməyi düzgün hesab etmirsiniz?

- Düzdü, onlara da "artırmaq" üçün belə oyunları idarə etmək lazımdı. Amma bu hal, demək olar ki, hər tur olur. Hakimlər bizim üstümüzdə öyrənəcəklər (gülür). Bizim oyunlarımız gərgin, əsəbi alınır. Bu da gənc hakimlərə çətinliklər törədir.


 

- Sizin oynamadığınız matçlarda "Neftçi" çox əziyyət çəkir. Bu nə ilə bağlıdı?

- Komanda mənimlə də əziyyət çəkir, mənsiz də. Bizdə meydana çıxan hər bir futbolçu sona qədər "vuruşur", uğurlu nəticə üçün çalışır.


 

- Ötən tura qədər meydana lider kimi çıxırdınız. İndi isə ikinci pillənin sahibi qismində mübarizə aparırsınız. Bu amil sizdə hansısa təzyiq, gərginlik yaradırmı?

- Məhz gərginliyə görə birinci hissəni yaxşı keçirmədik. Lider olanda daha yaxşı idi (gülür). Onsuz da, əvvəlki turlarda da, bundan sonra da bütün oyunlarda qələbə qazanmaq lazımdı. Bizim üçün heç nə dəyişməyib. Öndə olanda səhv etmək limitimiz var idi. Lakin artıq belə bir haqqımız yoxdu. Hər oyunda qələbə qazanmasaq, çempionluğu unutmalıyıq.Son 3 turun hər birində 3 xal üçün "vuruşacağıq".

 

 

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X