Holland futbolunun canlı əfsanəsi sayılan Rud Qullit "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın Çempionlar Liqasının qalibi olmayacağını düşünür.
Fanat.Az xəbər verir ki, Qullit "beIN SPORTS”a niyə belə proqnoz verdiyinin səbəbini də açıqlayıb:
"Onun sərəncamında Messi yoxdu. "Bavariya”da da qitənin ən nüfuzlu turnirinin baş mükafatına sahib çıxmağa yaxın olub. Amma hədəfə çatmayıb. Münhen klubu ilə Almaniya çempionluğunu bayram etmək ciddi nəticə vermək sayılmır. "Bavariya” bunu Qvardiolasız da yaxşı bacarır. İndi "Mançester Siti”də də eyni vəziyyətdi. Messi yoxdu, böyük qələbə gözə dəymir. "Barsa” çətinə düşəndə Leo dəfələrlə köməyə gəlib, bir neçə çox önəmli oyunu təkbaşına çevirib. Pepin futbol ehtirasına və motivasiyasına görə heyifsilənirəm. Ona yazığım gəlir. Axı Messili "Barselona” qurmaq qeyri-mümkündü”.
Fanat.Az